Bakıda kirayə verilən mənzillərdən biri ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Belə ki, ev sahibi kirayəçi olan yaşlı qadının mənzili tamamilə yararsız vəziyyətə saldığını iddia edərək görüntüləri ictimailəşdirib.
Milli.Az xəbər verir ki, kadrlarda evin zibilxanaya çevrildiyi, otaqlarda tullantıların yığıldığı və mənzilin tanınmaz hala düşdüyü açıq şəkildə görünür.
Paylaşılan görüntülər qısa zamanda sosial mediada yayılıb və istifadəçilər arasında kəskin reaksiyalar doğurub. Bəziləri bu vəziyyəti məsuliyyətsizlik kimi dəyərləndirsə də, digərləri məsələyə sosial və psixoloji aspektdən yanaşılmalı olduğunu bildirib.
Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Paylaşım isə Bakıda kirayə mənzillərlə bağlı məsuliyyət və nəzarət məsələlərini yenidən gündəmə gətirib.
Hüseyn
Milli.Az