İş adamı Şəmsi Səmədzadə saxlanılıb

4 Fevral 2026 17:30

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də Demokrat.az-a təsdiqləyib.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

*******

Saat - 15.13

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. 

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. 

Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Məsələ ilə bağlı Şəmsi Səmədzadə ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb.

Milli.Az