Bakıda ağır cinayət hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, bıçaq xəsarəti alan 49 yaşlı Rüfət Haşımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Nizami rayonunda baş verib. Araşdırmalar zamanı hadisəni törətməkdə mərhumun 15 yaşlı qızının şübhəli bilindiyi məlum olub. Yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İlkin ehtimallara əsasən, hadisə ailə münaqişəsi zamanı baş verib. Belə ki, R.Haşımovun həyat yoldaşına zor tətbiq etdiyi anda qızının müdaxiləsi nəticəsində faciə yaşanıb.
Asya
Milli.Az