Uşaqları baltalayan əmi "kravat"dan yıxılıb ölübmüş

4 Fevral 2026 15:10

1977-ci il təvəllüdlü Nağıyev Əli Hüseynbala oğlu Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Trend-in əldə etdiyi məlumata görə, Cəlilabadda qardașı uşaqlarını baltalayan Əli Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb, bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub.

Belə ki, göstərilən tibbi yardımlara baxmayaraq Naǧıyev Əli Hüseynbala oǧlu 03.02.2026-da müalicə olunduğu xəstəxanada ölüb.

**********

Saat - 14.09

1977-ci il təvəllüdlü Əli Nağıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından Trend-ə verilən məlumata görə Əli Nağıyev 03.02.2026-cı il saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

Bildirilir ki, onun üzərində sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun 04.02.2026-cı il saat 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxs Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayıb.

******
Saat - 14.09

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

Milli.Az