Qatarların qrafikində dəyişiklik edilib? - RƏSMİ

4 Fevral 2026 14:18

Hazırda ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur. Havanın qeyri-sabit keçməsi qatarların hərəkətində dəyişiklik olub-olmaması sualını gündəmə gətirib.

Milli.Az məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxlayıb.

Qurumdan verilən məlumata görə, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

Mina Mikayılova
Milli.Az