"Fənərbağça" futbol klubu fransız oyunçu N'Golo Kantenin transferində göstərdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını açıqlayıb.
Milli.Az xəbər verir ki, klub prezidenti Sadettin Saran bildirib ki, bu transfer həm "Fənərbağça", həm də Türkiyə futboluna töhfə verəcək.
Bəyanatda vurğulanıb ki, azarkeşlərin sarsılmaz dəstəyi komandaya motivasiya verib.
Təcrübəli oyunçunun bu axşam İstanbula gəlişi gözlənilir.
Milli.Az