Bakıda marketdə qadın öldü

4 Fevral 2026 12:11

Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.

Milli.Az xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən "Oba" marketdə baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az