Kredit istəyənlərə ŞAD XƏBƏR - Faizlər aşağı düşəcək

4 Fevral 2026 11:39

Gözləntimiz odur ki, kredit faizləri düşməlidir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

"Əgər bu il ərzində ciddi kənar təsirlər olmazsa, biz kredit faizlərində azalmanın olacağını proqnozlaşdırırq", - Taleh Kazımov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.

Milli.Az