Uşaqlara antibiotik yalnız bu hallarda verilə bilər

4 Fevral 2026 13:31

Uşaqlara antibiotik yalnız həkim təyinatı ilə və bakterial infeksiya olduğu sübut olunanda verilir. Virus infeksiyalarında (soyuqdəymə, qrip, öskürək, burun axıntısı) antibiotiklər təsir etmir.

Milli.Az xəbər verir ki, antibiotik verilə biləcək hallara nümunələr:

Bakterial angina (streptokokk təsdiqləndikdə), Orta qulaq iltihabı (xüsusilə ağır gedişdə), Bakterial pnevmoniya, Sidik yolları infeksiyaları, Bakterial dəri infeksiyaları

Lakin doza və müddət yalnız həkimin göstərişinə uyğun olmalıdır, Kursu yarımçıq kəsmək olmaz və başqa uşağa yazılmış antibiotik istifadə edilməməlidir.

Qısası, antibiotik son çarədir, ilk seçim deyil. Şübhə varsa, mütləq pediatra müraciət etmək lazımdır.

Milli.Az