Tərkibində qızıl var imiş - Azərbaycanda da hamıda var

4 Fevral 2026 11:27

Çinlilər qızıl əldə etmək məqsədilə köhnə SIM-kartları kütləvi şəkildə satın alırlar.

Milli.Az-ın məlumatına görə, yerli emalçılardan biri sosial şəbəkədə bununla bağlı görüntülər paylaşıb.

Belə ki, o, 2 ton SIM-kart aldığını və onlardan 191 qram qızıl əldə etdiyini nümayiş etdirib.

Video sürətlə yayılıb və hazırda bir çox insan bu zənginləşmə üsulunu təkrarlamağa çalışır.

Mina Mikayılova
Milli.Az