Kraliça hərbi xidmətə çağırıldı

4 Fevral 2026 10:30

Niderland kraliçası Maksima yaxın vaxtlarda ehtiyatda olan zabit qismində hərbi xidmətə başlayacaq.

Milli.Az-ın məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyi rəsmi açıqlama verib. Bildirilib ki, kraliça hərbi xidmət çərçivəsində nəzəri və fiziki hazırlıq mərhələlərini əhatə edən təlim proqramına qatılacaq. Təlimlər zamanı o, silahla davranış, atəş açma və xəritə oxuma bacarıqlarına yiyələnəcək.

Müdafiə Nazirliyi hesab edir ki, kral ailəsinin üzvünün bu addımı cəmiyyətdə hərbi xidmətə marağın artmasına müsbət təsir göstərəcək.

Xatırladaq ki, kral ailəsinin böyük övladı, vəliəhd şahzadə Amaliya cari ilin əvvəlində əsas hərbi hazırlığını tamamlayıb və ilk hərbi rütbəsi olan kapral adını alıb.

Hüseyn
Milli.Az