Biabırçı görüntüləri yayıldı, kral qəsrini tərk etdi - FOTO

4 Fevral 2026 18:55

Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə adı hallanan Kral Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor Vindzor qəsrindəki "Royal Lodge" malikanəsini tərk edib.

Milli.Az xəbər verir ki, o, müvəqqəti olaraq Sandrinqam Sarayında bir evə köçüb, daha sonra isə təmir edilən "Marsh Farm" ferma evində yaşayacaq.

Yaşayış xərclərinin kral tərəfindən qarşılanacağı bildirilir.

Bundan başqa, Mauntbatten-Vindzorun keçmiş həyat yoldaşı Sara Ferqyusonun da Epşteynlə dostluq münasibətlərinə dair məlumatlar yayılıb. Bu iddialardan sonra Ferqyusonla əlaqəli bir sıra fondların fəaliyyətini dayandırdığı qeyd olunur.

Fidan
Milli.Az