İspaniyanın "Barselona" klubunda çıxış edən futbolçu Markus Reşford komandada qalmaq üçün maaşında endirimə getməyə hazırdır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu sabiq klubu "Mançester Yunayted"ə qayıtmaq niyyətində deyil. Futbolçunun əsas hədəfi karyerasını Kataloniya təmsilçisində davam etdirməkdir.
Qeyd olunur ki, "Barselona"nın Reşfordu 30 milyon avro qarşılığında birdəfəlik transfer etmək imkanı mövcuddur. Lakin klubun maliyyə çətinlikləri səbəbindən bu keçidi reallaşdıra bilməyəcəyi təqdirdə belə, futbolçunun "Mançester Yunayted"ə dönməyəcəyi vurğulanır.
Belə bir vəziyyət yaranarsa, Markus Reşford karyerasını davam etdirmək üçün digər klublarla danışıqlara başlamağı planlaşdırır.
Hüseyn
Milli.Az