Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yolu nə vaxt hazır olacaq? - VİDEO

3 Fevral 2026 23:40

Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtomobil yolunda işlər hələ də davam edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, dövlət proqramına əsasən ötən il inşasına başlanan yeni avtomobil yolunda tunellər və yeraltı piyada keçidlərinin tikintisi də aparılır.

Sıxlığın qarşısını almağa hesablanan yeni layihə üzrə  yolda işlərin böyük qismi tamamlanmaq üzrədir.

Yolda yeni avtomobil tunelləri ilə yanaşı müasir piyada keçidləri də inşa edilir. Aparılan təhillər üzrə ən çox piyadaların istifadə edəcəyi ərazilərdə onların təhlükəsiziliyi üçün keçidlər olacaq. 

İşlərin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az