Susayanda su deyil, sən demə bu içkini içməliymişik

3 Fevral 2026 22:45

Alimlər sübut ediblər ki, süd bədənin su ehtiyacını adi sudan daha uzun müddət və daha effektiv şəkildə təmin edir.

Milli.Az xəbər verir ki, adi su bədənə daxil olduqdan sonra sürətlə mədədən keçir və qan dövranına qarışır, bu isə sürətli sidik ifrazı ilə nəticələnir. Lakin südün tərkibindəki maddələr bu prosesi dəyişir.

Südün tərkibindəki şəkər (laktoza), zülal və yağ mədənin boşalma sürətini ləngidir. Beləliklə, maye bədəndə daha uzun müddət qalır.

Süd natrium və kaliumla zəngindir. Natrium bədəndə suyun tutulmasını təmin edən bir süngər kimi fəaliyyət göstərir və sidik istehsalını azaldır.

Alimlər müxtəlif içkiləri sınaqdan keçirərək bədəndə ən uzun müddət qalan mayelərin siyahısını hazırlayıblar:

Meyvə şirələri və ya şirin qazlı içkilər mədədə sudan daha çox qalsa da, onlar bədəni nəmləndirmək əvəzinə əks təsir göstərə bilər. Yüksək şəkər konsentrasiyası bağırsağa çatdıqda, orqanizm şəkəri durulaşdırmaq üçün hüceyrələrdəki suyu bağırsağa "çəkir" (osmos prosesi). Bu isə bədənin su itirməsinə səbəb olur.

Xalq arasında qəhvənin bədəni susuzlaşdırdığı deyilsə də, araşdırma göstərib ki, bir fincan qəhvə təxminən su qədər hidratasiya təmin edir. Qəhvənin tərkibindəki kofein yalnız yüksək dozada (məsələn, ard-arda 4 fincan) içildikdə sidikqovucu təsir göstərərək su itkisinə səbəb olur.

Lalə Qüdrətova
Milli.Az