Televiziyanın əfsanəsi vəfat etdi

3 Fevral 2026 22:10

Rusiyalı diktor, sovet dövrünün tanınmış televiziya aparıcısı, RSFSR-in əməkdar artisti Svetlana Jiltsova 89 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, Jiltsova uzun illər SSRİ televiziyasının ən baxımlı proqramlarında diktor və aparıcı kimi çalışıb. O, "Spokoynoy noçi, malışı!", "Pesnya qoda" kimi reytinqli verilişlərin simalarından biri olub.

Svetlana Jiltsova 1961-ci ildən etibarən Aleksandr Maslyakov ilə birlikdə "KVN" yumor proqramının ilk aparıcılarından olub.

Jiltsova 90 yaşına bir neçə ay qalmış dünyasını dəyişib. O, televiziya diktorluğu məktəbinin son nümayəndələrindən biri hesab olunurdu.

Milli.Az