Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə reaksiya

3 Fevral 2026 18:47

Uzun illərdir Türkiyədə yaşayan müğənni Günel Zeynalova Bakıya qayıdıb.

Milli.Az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O, bildirib ki, artıq Bakıda yaşamağı planlaşdırır:

"Azərbaycandayam. Burada da ev sahibi oldum. Hələ torpaqdır. Bitsin, qonağım olacaqsınız. Artıq gəlmişəm, meydandayam".

Günel türkiyəli müğənni İbrahim Tatlısəsin ona mülklərindən miras ayırması haqda xəbərlərə belə reaksiya verib:

"İbrahim Tatlısəs mənə mal varlığını verməyib. İbrahimin 6 övladı var. Mənə deyir ki, sən də övladımsan. Yeddinci övladıyam. Allah övladları ilə arasına girən şeytanı məhv etsin. Mənə balaca bir şey versə də, aldım qəbul etdim". (Axşam.az)

Milli.Az