Məşhur azərbaycanlı müğənninin ailəsi DAĞILDI: 2 övladı var - VİDEO

3 Fevral 2026 18:30

"Madteen" səhnə adı ilə tanınan məşhur müğənni şəxsi həyatı ilə bağlı gözlənilməz açıqlama verib.

Milli.Az xəbər verir ki, iki uşaq atası olan sənətçi boşandığını ilk dəfə canlı efirdə etiraf edib.

Efir zamanı səmimi danışan "Madteen" ayrılıq qərarının asan olmadığını bildirib. O, bu mövzuda çox danışmaq istəməyib.  susduğunu, lakin artıq həqiqətləri bölüşməyin vaxtı çatdığını deyib. 

Sənətçinin bu etirafı studiyada və sosial şəbəkələrdə geniş müzakirə doğurub. İzləyicilər ailə mövzusunda fərqli fikirlər səsləndirən şərhlər paylaşıblar.

Qeyd edək ki, sənətçi indiyə qədər şəxsi həyatını mediadan uzaq tutmağa çalışsa da, bu dəfə açıq danışması ictimaiyyət arasında maraq və müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az