40-ı çıxmamış ailəsi ad günü etdi, tənqid edildi - FOTO

4 Fevral 2026 10:00

Türkiyəli aktyor Haldun Dormenin vəfatından cəmi bir həftə sonra ailəsinin keçirdiyi doğum günü mərasimi sosial mediada böyük müzakirələrə səbəb olub.

Milli.az xəbər verir ki, 97 yaşında vəfat edən sənətkar Haldun Dormenin ölümündən qısa müddət sonra Ömer Dormen və ailəsi nəvəsinin ad gününü qeyd ediblər. Dormenin nəvəsinin ad gününü qeyd etməsi sosial mediada reaksiyalara səbəb olub.

Paylaşımlardan sonra sosial media istifadəçilərinin bir qismi ailənin yas müddətində şənlik təşkil etmələrini aktyorun xatirəsinə hörmətsizlik kimi qiymətləndirib.

Tənqidlər arasında "Rəhmətliyin 40-ı çıxardı barı", "Bizim mədəniyyətimizdə dünyasını dəyişənə hörmət var", "Deyək ki, məclis təşkil etmisiniz, paylaşmaq niyə?" kimi şərhlər yer alıb.

Qeyd edək ki, usta sənətçi keçirdiyi infeksiya səbəbilə müalicə aldığı xəstəxanada vəfat edib.

Milli.Az