"Vasif Adıgözəlova deyirdilər ki, oğlunun toyunu niyə Səməd aparır?"

3 Fevral 2026 17:24

Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğənni Səməd Səmədovla bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi qonaq olduğu efirdə bu barədə maraqlı etiraf edib.

Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlovun toyunun Səməd Səmədov tərəfindən idarə olunması həmin vaxt sənət adamlarının təəccüblərinə və müzakirələrinə səbəb olmuşdu:

"Səməd Səmədov toy idarə etmə üslubunun cəngavər idi. Toya girəndə elə şou yaradardı ki... O, öz yolunda bayraqdar idi. Cığıq açdı və başında dayandı. Onun dalıyca çox insan getdi, biri də mən. Yalçın Adıgözəlovun toyunu Səməd Səmədov idarə edib. Bütün Azərbaycan mədəniyyətinin qaymaqları həmin toyda əyləşmişdi. Flora Kərimova, Elmira Rəhimova, Fidan və Xuraman Qasımova bacıları, İlhamə Quliyeva... Daha kimlər... Səmədi görəndə hamı sual verdi ki, Vasif Adıgözəlovun oğlunun toyunu Səməd oxuyacaq? Akif İslamzadə, başqa ifaçılar olan yerdə? Cavab verdi ki, bura saray səhnəsi, flarmoniya deyil, şadlıq evidir. Toydur, buranı bizə karnavala bənzədən yalnız Səmədi gördüm. Bir az keçmişdi İlhamə Quliyeva, Elmira Rəhimova Səmədlə yallı gedirdi".

Milli.Az