Cavid klubsuz qaldı

3 Fevral 2026 16:14

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev II Liqa təmsilçisi "Şəki" PFK ilə vidalaşıb.

Bu barədə Milli.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Qeyd edək ki, Cavid İmamverdiyev 2025-ci ildən Şəki komandasında çıxış edib.

Milli.Az