Yasamaldakı yanğın söndürüldü - YENİLƏNİB

3 Fevral 2026 16:20

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın tam söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

----------

15:41

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riski Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Milli.Az