Türkiyənin meqa ulduzu Tarkan konsert öncəsi etdiyi mənalı jestlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Tarkanın səhnəyə çıxmazdan əvvəl sevənləri ilə səmimi ünsiyyəti əks olunub. Xüsusilə fiziki məhdudiyyətli bir fanatına göstərdiyi diqqət və qayğı böyük rəğbət qazanıb. Məlumata görə, Tarkan həmin şəxslə görüşüb, ona avtoqraf verib. Lakin fanatın konsert üçün biletinin olmadığını öyrəndikdən sonra dərhal onun üçün bilet təşkil etdirib.
Sənətçinin bu addımı izləyicilər tərəfindən "nümunəvi davranış" kimi qiymətləndirilib. Qısa zamanda yayılan video sosial mediada 7 milyondan çox baxış toplayaraq geniş rezonans doğurub.
Tarkanın bu səmimi və insanpərvər davranışı təkcə Türkiyədə deyil, dünya miqyasında da təqdirlə qarşılanıb və meqa ulduzun pərəstişkarlarına olan hörmətinin daha bir göstəricisi kimi dəyərləndirilib.
Hüseyn
Milli.Az