Fuad İbrahimov: “Mən hər zaman yeniliklərə açığam və gələcəkdə bu layihəni daha da maraqlı etmək niyyətindəyəm”

3 Fevral 2026 15:36

30 Yanvar Kamera və Orqan Musiqisi Zalında "Fərqli bir axşam" layihəsi çərçivəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifaçılarından ibarət bir neçə fərqli ansamblların iştirakı ilə "Kamera Musiqisi Axşamı" adlı konsert keçirildi.

Layihənin rəhbəri: Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov

Müsahibəni götürdü: M.Maqomayev adına Azərbaycan Dövlət Akademiyasının baş musiqi redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur İsgəndərova

"Fərqli bir axşam" layihəsinin yaranma ideyası necə formalaşdı və bu layihə Azərbaycan ifaçılıq sənəti üçün nə dərəcə əhəmiyyət kəsb edir?

 

 

 

 

 

Düşünürəm ki, bu proses qarşılıqlı xarakter daşıyır. Yəni, musiqiçilər tərəfindən müəyyən bir maraq yaradılır və gənc dinləyicilərin konsertlərə gəlməsi isə öz növbəsində məni həvəsləndirir ki, proqramları daha da cəlbedici və müxtəlif edim. Bu layihədə də qeyd etdiyim kimi, musiqiçilərin fərdi şəkildə səslənməsi və özlərini ifadə etməsi gənc dinləyicilərdə ayrı-ayrı musiqi alətlərinə maraq və həvəs oyada bilər, onları möcüzəli musiqi dünyasına daha da yaxınlaşdıra bilər.

 

Beləliklə, "Fərqli bir axşam" layihəsi təkcə qeyri-standart proqram təqdim edən konsertlər silsiləsi deyil, eyni zamanda Azərbaycan simfonik ifaçılıq mühitində kamera musiqisi mədəniyyətinin inkişafına yönəlmiş strateji bir platformadır. Bu layihə vasitəsilə orkestr musiqiçiləri öz fərdi bədii potensiallarını nümayiş etdirmək, dinləyicilər isə musiqini daha yaxın, daha səmimi və daha canlı formatda dərk etmək imkanı qazanırlar.

Fuad İbrahimovun təşəbbüsü ilə formalaşan bu konsepsiya göstərir ki, müasir dinləyici yalnız ənənəvi repertuarla deyil, yaradıcı axtarışlar və yeni ifadə formaları ilə də maraqlanır. "Fərqli bir axşam" məhz bu baxımdan Azərbaycan musiqi həyatında canlı dialoq yaradan, ifaçı ilə auditoriya arasında yeni estetik körpülər quran və akademik musiqinin gələcək inkişaf perspektivlərini formalaşdıran önəmli mədəni hadisə kimi dəyərləndirilə bilər.