Rusiyadan İranla bağlı sərt XƏBƏRDARLIQ

3 Fevral 2026 13:45

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın daxili siyasi proseslərinə xarici müdaxilə Yaxın Şərqdə təhlükəsizliyə ciddi mənfi təsir göstərə bilər. Nazirliyin açıqlamasında vurğulanır ki, İran İslam Respublikasına qarşı hər hansı yeni təzyiq və zərbə cəhdləri qəbuledilməzdir.

Milli.Az xəbər verir ki, açıqlamada bildirilib ki, xaricdən təşviq olunan iğtişaşların 2025-ci ilin iyununda İrana qarşı həyata keçirilən hər hansı təcavüzün təkrarlanması üçün bəhanə kimi istifadə olunması təhlükəli nəticələrə yol aça bilər və bu, yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də risklər yaradır. Eyni zamanda, İranın ticarət tərəfdaşlarını iqtisadi təzyiqlərlə şantaj etməyə cəhd göstərilməsi də qəti şəkildə qəbul edilmir.

Qeyd olunur ki, İran ərazisində dekabrın sonlarından başlayaraq genişmiqyaslı etiraz dalğası müşahidə olunur. 2025-ci ilin dekabrın 28-dən etibarən bir çox əyalətlərdə etiraz aksiyaları iqtisadi çətinliklərdən başlayaraq hakimiyyət əleyhinə şüarlarla davam edib. 2026-cı ilin yanvarında isə etirazlar daha kəskinləşib və çoxsaylı insan tələfatı ilə müşayiət olunub. 

Asya
Milli.Az