Sabunuçu rayonu Ə.Bağırov küçəsində qanunsuz tikinti aparılır.
Bu barədə Milli.Az-a vətəndaş müraciəti daxili olub.
Vətəndaşın sözlərinə görə, qonşuluqda yaşayan rus əsilli qadın vəfat edəndən sonra onun yaşadığı ev "makler" tərəfindən alınıb:
"Bundan sonra isə evin həyətyanı ərazisində olan bütün ağaclar məhv edilib, yandırılıb. Kiçik bir ərazidə 6-7 evin tikintisi aparılır və işlər qanunsuz şəkildə həyata keçirilir. Yanğın təhlükəsi var, aparılan tikinti işlərindən sonra məhlənin girişi bağlanıb. Gələcəkdə hansısa hadisə baş versə, təcili yardım və yanğın söndürən avtomobillərin məhəlləyə girə bilməyəcək. Tikintiyə görə yolu daraldıblar".
Mehman Əsədov
Milli.Az