Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.
Milli.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun "Xətai" stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır. Faktla bağlı hələlik saxlanılan yoxdur./Oxu.az
Milli.Az