Rusiyalı teatr və kino aktyoru Nikolay Tkaçenko Ukraynada aparılan hərbi əməliyyatlar zamanı həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə TASS-a onun anası İnna Tkaçenko məlumat verib.
Onun ölümünün dəqiq tarixi göstərilməsə də, bu, 2026-cı ilin yanvar ayında baş verib. Onun 36 yaşı olub.
Əməliyyat başlayandan sonra o, birbaşa cəbhə xəttində xidmət edərək könüllü olaraq iştirak edib.
Qeyd edək ki, 1 sentyabr 1989-cu ildə Puşkinoda anadan olan Tkaçenko Boris Şukin adına Teatr İnstitutunu bitirib və 2021-ci ildən Müasir Dram Teatrının üzvü olub.Onun aktyorluq karyerasına bir neçə məşhur serial da daxil olmaqla 19 film və televiziya layihəsində rollar daxil idi.
Fidan
Milli.Az