Fransalı hücumçu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Milli.Az-ın məlumatına görə, 38 yaşlı futbolçu "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb. Klubun mətbuat xidməti anlaşmanın detalları, o cümlədən müqavilənin müddəti ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Benzema 2023-2025-ci illərdə "Əl-İttihad"ın formasını geyinib və bu komandanın heyətində Səudiyyə Ərəbistanı çempionu adını qazanıb. Yanvarın 29-da "L'Equipe" nəşri təcrübəli futbolçunun maaşının azaldılması ilə bağlı yaranan narazılıq səbəbindən klubdan ayrıldığını yazmışdı.
Peşəkar karyerası ərzində "Lion" və "Real Madrid" kimi nəhəng klublarda çıxış edən Benzema 2022-ci ildə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına layiq görülüb.
O, Fransa millisində keçirdiyi 97 oyunda 37 dəfə rəqib qapılarına yol tapıb.
Hüseyn
Milli.Az