Pensiyalar artımla nə vaxt ödəniləcək?

2 Fevral 2026 22:47

Belə ki, 2017-ci ildə qəbul edilən "Əmək pensiyaları haqqında" qanuna əsasən, hər il əvvəlki ildə iqtisadiyyatda muzdlu əməkhaqqı alan şəxslərin orta illik əməkhaqqı artım faizinə uyğun olaraq, növbəti ildə pensiyalar həmin faiz qədər indeksləşdirilir, yəni artırılır. Bəs bu il pensiyalar nə qədər artırılacaq?

Milli.Az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, 9,2-9,3 faiz aralığında artım olacağı gözlənilir:

"Keçən ilin yekun göstəricisi hələ açıqlanmayıb. Bu rəqəm adətən ilin əvvəlində - yanvarın ilk həftələrində, dekabrın 31-nə olan məlumatlar əsasında təqdim olunur. Hazırda noyabr ayının göstəricisi məlumdur və bu rəqəm 9,3 faiz təşkil edir. Bu göstərici fevralın ilk 10 günlüyündə dəqiqləşəcək. Daha sonra həmin faiz əsasında qanunun tələbinə uyğun olaraq Prezident tərəfindən sərəncam imzalanır və pensiyalar yanvarın 1-dən etibarən artırılır".

X.Kərimli qeyd edib ki, yanvar ayında alınmayan artım fevral ayında kompensasiya olunur, yəni fevral pensiyasına həm yeni məbləğ, həm də yanvar ayı üçün hesablanan fərq əlavə edilir.

Milli.Az