Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

2 Fevral 2026 22:09

Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni mediasına bildirib.

O, deyib ki, atasının vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Xaçatryan 2023-cü ilin avqustunda saxlanılmış və barəsində həbs qərarı verilmişdi. O, bir çox cinayətlərdə, o cümlədən azərbaycanlılara qarşı soyqırımda ittiham edilib.

Bu il 14 yanvarda Azərbaycan Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib. (Axar.az)

Milli.Az