Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Milli.Az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
----------
Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
1977-ci il təvəllüdlü Rüfət Arif oğlu Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.
Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.
Milli.Az