Gəncədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB

2 Fevral 2026 18:04

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən partlayış baş verdiyi barədə mediada xəbərlər yayılıb.

--------

Gəncədə kanalizasiya xətti partlayıb.

Milli.Az xəbər verir ki,  kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman anidən partlayış qeydə alınıb. Bu zaman 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə aidiyyatı qurumlara əməkdaşları cəlb edilib.

Fakt araşdırılır./Unikal.az

Milli.Az