"Barselona"da ciddi İTKİ

2 Fevral 2026 17:01

"Barselona"nın hücum xəttinin əsas üzvlərindən olan Rafinya İspaniya Kubokunun 1/4 final mərhələsində "Albasete"yə qarşı keçiriləcək görüşdə forma geyinməyəcək.

Milli.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, 29 yaşlı futbolçu sağ bud nahiyəsinin yaxınlaşdırıcı əzələsində dartılma səbəbindən zədələnib. Onun vəziyyəti tibbi nəzarət altında saxlanılır.

Hüseyn
Milli.Az