Qonşu ölkədə zəlzələ oldu

2 Fevral 2026 17:16

İranda yenidən zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu gün Xorasan-e Rəzəvi əyalətinin Bəcəstan şəhərində Rixter cədvəli üzrə 3.1 bal gücündə zəlzələ baş verib. 

Saat 15:34-də meydana gələn yeraltı təkanların episentri 14 kilometr dərinlikdə qeyd alınıb. 

Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itksinin olub-olmaması bəlli deyil. 

Milli.Az