Pezeşkiandan ABŞ ilə bağlı mühüm GÖSTƏRİŞ

2 Fevral 2026 18:48

 İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq əmri verib. 

Milli.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Amerika tərəfi ilə əlaqələr yaxın günlərdə Türkiyədə baş tuta bilər. 

Görüşün dəqiq yeri və vaxtı hələ açıqlanmasa da, danışıqların, çox güman ki, İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində keçiriləcəyi bildirilir.

Fidan
Milli.Az