"Fənərbağça" onu Kante ilə dəyişdirməyə hazırlaşır

2 Fevral 2026 19:48

"Fənərbağça" klubu Nqolo Kanteni heyətinə qatmaqda israrlıdır.

Milli.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Belə ki, Türkiyə təmsilçisi fransız yarımmüdafiəçini hücumçusu Yusif En-Nesiri ilə dəyişdirməyi planlayır. "Əl-İttihad"ın rəhbərliyi Yusif En-Nesirini klubdan birdəfəlik ayrıla biləcək Kərim Benzemanın əvəzedicisi kimi nəzərdən keçirir.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda bir qol vurub.

Milli.Az