Kahramanmaraşda yeni doğulmuş 5 günlük körpəni döydüyü iddiası ilə həbs olunan tibb bacısı Hazel Dırık Bağrıyanıkın başqa bir körpəyə də zorakılıq tətbiq etdiyi müəyyən edilib.
Milli.Az xəbər verir ki, xəstəxananın təhlükəsizlik kameralarına düşən görüntülərdə Bağrıyanıkın körpəyə şillə vurduğu görünür.
.png)
Hazel Dırık Bağrıyanık 26 may 2021-ci ildə Kahramanmaraş Sütçü İmam Universiteti Xəstəxanasında növbətçi olduğu vaxt yeni doğulmuş Deniz Esin Bozokların başına dəfələrlə zərbə endirib və ayaqlarını sıxdığı iddia edilir. Ekspert rəyində Bağrıyanıkın eyni növbə əsnasında başqa bir körpəyə də şillə vurduğu müəyyən olunub.
Bağrıyanık "qəsdən xəsarət yetirmə" ittihamı ilə 3 ilə qədər həbs cəzası ilə məhkəməyə verilib və həmin gün Afyonkarahisar Dinar rayonunda polisə təslim olub.
Məhkəmə zamanı ekspertlər təhlükəsizlik kamerası görüntülərini araşdıraraq Bağrıyanıkın əvvəlki körpəyə də zorakılıq tətbiq etdiyini müəyyən ediblər. Görüntülər məhkəməyə təqdim olunub və Kahramanmaraş Respublika Baş Prokurorluğu cinayət işi açıb.
Fidan
Milli.Az