"Çelsi" almaq istəyirdi, "Liverpul"a keçdi

2 Fevral 2026 11:55

İngiltərənin "Liverpul" klubu heyətini gənc və perspektivli futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki,  premyer liqa təmsilçisi Fransanın "Renn" klubunda çıxış edən 20 yaşlı müdafiəçi Jeremi Jakenin transferini razılaşdırıb.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, "Liverpul" bu keçid üçün "Renn"ə ümumilikdə 60 milyon avro + 10 milyon avro bonus ödəyəcək. Gənc futbolçu cari mövsüm başa çatdıqdan sonra, yəni yay transfer pəncərəsində Mersisayd klubuna qoşulacaq.

Qeyd olunur ki, Jeremi Jakenin transferində Londonun "Çelsi" klubu da maraqlı olub və futbolçuya xeyli yaxınlaşıb. Lakin "Liverpul" rəhbərliyi daha çevik davranaraq keçidi qısa zamanda yekunlaşdırmağı bacarıb.

Hüseyn
Milli.Az