Rəqsanənin səhnə geyimi müzakirələrə səbəb oldu - VİDEO

2 Fevral 2026 18:26

Müğənni Rəqsanə İsmayılova növbəti səhnə çıxışı ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, son günlər seçdiyi geyim üslubu ilə tez-tez gündəmə gələn sənətçinin bu dəfəki transparan səhnə kostyumu sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Səhnəyə iddialı və cəsarətli geyimdə çıxan Rəqsanə İsmayılovanın obrazı izləyiciləri iki yerə bölüb. Bəziləri onun səhnə üçün fərqli və diqqətçəkən tərzini bəyəndiklərini desələr də, digərləri geyimi həddən artıq açıq hesab edərək tənqid ediblər.

Qısa zamanda yayılan görüntülər sosial mediada aktiv müzakirə mövzusuna çevrilib. Həmin görüntünü təqdim edirik:

Musa
Milli.Az