"Qremmi" mükafatının qalibləri bəlli oldu

2 Fevral 2026 12:00

Musiqi dünyasının ən mötəbər mükafatlarından biri sayılan "Qremmi"nin builki qalibləri açıqlanıb.

Milli.Az-ın məlumata görə, Los-Ancelesdə keçirilən təntənəli mərasimdə ilin ən yaxşı musiqi layihələri və sənətçiləri mükafatlandırılıb.

Mükafat alanlar arasında:

Ən yaxşı remiks nominasiyasında Lady Gaga və Gesaffelstein-in "Abracadabra Remix" işi qalib olub;

Ən yaxşı musiqi videosu mükafatı Doechii-nin "Anxiety" klipinə verilib;

İlin prodüseri adına Cirkut layiq görülüb;

Ən yaxşı rəqs/elektron albom - FKA Twigs-in "Eusexua" albomu;

Ən yaxşı proqressiv R&B albomu - Duran Bernardın "Bloom" işi;

Ən yaxşı kantri duo/qrup ifası - Shaboozey və Jelly Roll-un "Amen" mahnısı;

Ən yaxşı Afrika musiqisi performansı - Tyla-nın "Push 2 Start" əsəri;

Ən yaxşı ənənəvi pop albomu - Laufey-in "A Matter Of Time" albomu;

Rəqəmsal media üçün yazılmış ən yaxşı mahnı - Audrey Noona, Rey Ami və Ejae-nin "Golden" ("K-Pop Demon Hunters");

Ən yaxşı rep albomu - Kendrick Lamarın "GNX" albomu;

Ən yaxşı rok albomu - Turnstile;

Ən yaxşı yeni sənətçi - Olivia Dean;

Ən yaxşı urban albomu - Bad Bunny-nin "Debi Tirar Mas Fotos" albomu;

Ən yaxşı müasir kantri albomu - Jelly Roll-un "Beautifully Broken" işi;

Ən yaxşı pop albomu - Lady Gaga-nın "Mayhem" albomu;

İlin mahnısı - Billie Eilish-in "Wildflower" əsəri;

İlin yazısı (Record of the Year) - Kendrick Lamar və SZA-nın "Luther" mahnısı;

Ən yaxşı pop solo performansı - Lola Young-un "Messy" ifası;

Qlobal təsir mükafatı - Pharrell Williams;

İlin albomu nominasiyasında isə Bad Bunny-nin "Debi Tirar Mas Fotos" albomu qalib gəlib. 

Asya
Milli.Az