6 otaqlı ev yandı: Ölən var

2 Fevral 2026 09:33

Lənkəranda yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az