Fevral ayının 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.
Milli.Az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası son 24 saatda "CoinMarketCap" platformasında 4.11% ucuzlaşaraq 75 447 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.88% azalaraq 2218 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 5.69%, BNB isə 3.96% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb./Apa
Milli.Az