Qurban Qurbanov həmin stadiondan danışdı - “Vahiməli idi”

2 Fevral 2026 00:06

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra Çempionlar Liqasının pley-off mərhələsi üçün yollanacağı "St James' Park" stadionundan danışıb.

Milli.Az xəbər verir ki, 2005-ci ildə Azərbaycan yığması ilə İngiltərə millisinə 0:2 hesabı ilə uduzduqları matçda oynadığı arenanı vahiməli adlandırıb:

"Yaxşı xatırlayıram. Əla atmosfer var idi. Bir az vahiməli stadiondur".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə 00:00-da keçiriləcək.

Milli.Az