“Mercedes” küçənin ortasında alışdı

1 Fevral 2026 18:35

Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az