Yüngül çəki dərəcəsində çıxış edən azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Sidneydə (Avstraliya) keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə məğlub olub. Hakim ikinci raundun başa çatmasına 30 saniyə qalmış, Fiziyevin silsilə zərbələr buraxmasından sonra döyüşü dayandırıb.
Milli.Az xəbər verir ki, ağır məğlubiyyətdən sonra Rafael Fiziyev döyüşlə bağlı fikirlərini bölüşüb.
Rafael Fiziyev UFC 325-də Maurisio Ruffiyə ikinci raundda texniki nokautla uduzduğunu bildirib.
Məğlubiyyəti qəbul edən döyüşçü geri qayıdacağını, özünü təkmilləşdirərək gələcəkdə qələbələrlə azarkeşləri sevindirəcəyini deyib və dəstəyə görə təşəkkür edib.