İranda zəlzələ oldu

1 Fevral 2026 12:43

İranda episentri Buşehr əyalətinin Aseluye rayonunda yerləşən 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 18 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.