Ağsuda avtomobil qəzası baş verib.
Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.