Tehrana uçan təyyarə Ankaraya təcili eniş etdi

1 Fevral 2026 10:40

İstanbul-Tehran reysini həyata keçirən "AJet" şirkətinə məxsus şərnişin təyyarəsi Ankaraya təcili eniş etdi.

Milli.Az-ın məlumatına görə, İstanbul Sabiha Gökçen Hava Limanından İranın paytaxtı Tehrana uçan "Boeing 737" təyyarəsi Kırşehir şəhəri üzərində təcili vəziyyət elan etdi.

Məlumata əsasən, təyyarə Ankaranın Esenboğa Hava Limanına eniş etdi.