Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 130 m² olan ikimərtəbəli restoranın mətbəxində 1 ədəd fri aparatı və havalandırma qurğusu yanıb. Mətbəxin qalan hissəsi və restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.